Nəriman Abbasov Qazaxıstanda növbəti döyüşünü keçirəcək

Nəriman Abbasov Qazaxıstanda növbəti döyüşünü keçirəcək

Hazırda oxunan: Nəriman Abbasov Qazaxıstanda növbəti döyüşünü keçirəcək

126473

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Nəriman Abbasov sabah növbəti döyüşünü keçirəcək.  

Bizim.Media xəbər verir ki, yüngül çəkidə mübarizə aparan MMA idmançısı “Naiza Fighting Championship” turnirində qüvvəsini sınayacaq. 

29 yaşlı təmsilçimiz qırğızıstanlı Kanibek Janıbek Uulu ilə üz-üzə gələcək. Bu döyüş Almatıda təşkil olunan “Naiza Fighting Championship 50” çərçivəsində baş tutacaq.  

Xatırladaq ki, yüngül çəkidə “AMC Fight Night”da çempion titulunun sahibi olan Abbasov peşəkar karyerasında 32-ci döyüşə çıxacaq. Onun hesabında 28 qələbə var. Janibek isə 21 qarşılaşmada 13 dəfə qalib gəlib, 8 dəfə uduzub. 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO