Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik Ehsan Zahidov Bizim.Media-ya verdiyi açıqlamasında bildirilib ki, bəzi ərazilər var ki, o ərazilər minalarla dolu olduğu üçün ora keçmək həyat üçün təhlükəlidir və qadağan olunub.
MÖVZU İLƏ BAĞLI:
Qarabağda turizm marşrutları qurulacaq – Dövlət Turizm Agentliyi açıqladı
E.Zahidovun sözlərinə görə, vətəndaşlar buna baxmayaraq, qanunssuz yollarla, nəzarət poçtlarından kənar ərazilərdən keçərək daxil olmağa cəhd göstərirlər:
“Hazırda azad olunmuş ərazilərdə polis nəzarəti getdikcə gücləndirilib. Həmin şəxslər aşkar olunub saxlanılan zaman onlara qarşı zəruri və qəti addımlar atılaraq geri qaytarılır.
Vətəndaş polisin qanuni tələblərinə tabe olmazsa, həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq tədbir görülür”.
Gül Qədirli, Bizim.Media