Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyasında 100 ağacın əkilməsi rəmzi məna daşıyıb. Aksiyanın təşkilatçıları Şəki Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatı olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, aksiyada şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının könüllüləri, idarə və müəssisələrin əməkdaşları iştirak ediblər.
Şəki Heydər Əliyev Mərkəzinin qarşısındakı ərazidə keçirilən aksiya zamanı şam ağacları əkilib, yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
Aksiyanın məqsədi ölkəmizdə ətraf mühitin qorunmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mühitinin sağlamlaşdırılmasına töhfə vermək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdən ibarət olub.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bölgəsi