Elməddin təklif edilən 100 min manatdan niyə İMTİNA EDİB? - VİDEO

Elməddin təklif edilən 100 min manatdan niyə İMTİNA EDİB? - VİDEO

Hazırda oxunan: Elməddin təklif edilən 100 min manatdan niyə İMTİNA EDİB? - VİDEO

126213

“Həyat yoldaşımla birgə heç bir paylaşım etmirəm. Ailəmlə gündəmə gəlməyi sevmirəm və mənim şəxsi həyatım paylaşılmır. Sənətim paylaşıla bilər. Həyatım niyə manşet olsun ki? İnşallah, elə bir durum olmaz. Nəyə lazımdır, bilsinlər ki, Elməddin bu gün nə yedi evdə? Bunu edənlər var. Bu sözüm kimlərinsə xətrinə dəyə bilər, amma mən yaxşı baxmıram”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov qonaq olduğu “Düzünə qalsa” verilişində deyib. 

Sənətçi həyatının hər dəqiqəsini sosial şəbəkədə göstəriş üçün nümayiş etdirənləri “ağ yuyub, qara sərib”: 

“Yediyi yeməyi, yatdığı otağı, çimdiyi hamamı paylaşırlar. Axı nəyin axtarışındasınız? Nəyə ehtiyac var? Bəlkə kiminsə evində o yeməyi yoxdur... Camaata niyə travma verirsiniz? Bəlkə onun elə otağı, hamamı yoxdur. Dağ çəkirlər olmayanlara”. 

E.Cəfərov ona təklif edilən 100 min manatdan da danışıb: 

“Həmişə yüksək məbləğlərdən öz imicimə görə imtina etmişəm. Mobil şəbəkələrdən biri həmin filmə baş sponsorluq edirdi. Deməli, çəkiliş günümə 6000 manat verirdilər, 1 aya qədər çəkiliş olacaqdı. 100000 manatdan yüksək qonorara razı idilər. İstədiyim maşın var idi, onu almaq istəyirdim. Pulu da gətirmişdilər, pula baxırdım, bir də ssenariyə, psixoloji təsir edirdi. Amma bəyənmədiyim üçün imtina etdim. Ard-arda ilin ən yaxşı aktyoru seçilmişəm. O vaxt film bazarında Azərbaycanda ən bahalı aktyor idim, pandemiyadan öncə. Üstəlik, Türkiyədə də Azərbaycandan kənar ən bahalı aktyor kimi tanınırdım. Adamların pulu olmayanda məni hansısa filmə şərik edirdilər. Yetər ki, mən baş rola çəkilim”. 
 
Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO