Qubada ilk dəfə şahmatda kütləvi seans keçirildi - FOTO

Qubada ilk dəfə şahmatda kütləvi seans keçirildi - FOTO

Hazırda oxunan: Qubada ilk dəfə şahmatda kütləvi seans keçirildi - FOTO

126208

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan silsilə tədbirlərə start verilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Qubada ilk dəfə eyni anda 100 lövhədə seans keçirilib.

Bizim.Media xəbər verir ki, seansda müxtəlif yaş qrupları üzrə dünya və Avropa çempionu olan şahmatçılar – Zeynəb Məmmədyarova, Abdulla Qədimbəyli, Aydın Süleymanlı və Məhəmməd Muradlı iştirak edib. 

İki saatdan çox davam edən seansın 18 oyununda heç-heçə qeydə alınıb. 82 görüş beynəlxalq qrossmeysterlərin qələbəsi ilə başa çatıb. 

Tədbirin sonunda yeniyetmə şahmatçılara Azərbaycan Şahmat Federasiyasının xatirə hədiyyələri təqdim olunub. 

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan eyni anda 100 lövhədə seanslar növbəti aylarda paytaxt Bakıda və digər regionlarda da təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO