Naxçıvan Muxtar Respublikasının keçmiş Maliyyə naziri Rafael Əliyev və Naxçıvan Dövlət Gömrük Komitəsinin şöbə rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun həbs müddətləri uzadılıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə təqsirləndirilən şəxslər Əsgərov Mənsur Turan oğlu və Əliyev Rafael Rza oğlunun həbsdə saxlama müddətlərinin uzadılması barədə istintaq orqanının vəsatətlərinə baxılıb.
Məhkəmənin qərarı ilə Rafael Əliyev və Mənsur Əsgərovun həbsdə saxlama müddətləri 3 ay müddətinə uzadılıb.
Qeyd edək ki, ittihama görə Rafael Əliyev və Mənsur Əsgərov xüsusilə külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsində ittiham olunurlar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:16 / 18.03.2023
Naxçıvan maliyyə nazirinin həbsilə bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Naxçıvan maliyyə nazirinin həbsilə bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Naxçıvan maliyyə nazirinin həbsilə bağlı YENİ XƏBƏR
126204
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.