Mələykə Əsədovanın formada qalmasının SİRRİ - FOTO

Mələykə Əsədovanın formada qalmasının SİRRİ - FOTO

Hazırda oxunan: Mələykə Əsədovanın formada qalmasının SİRRİ - FOTO

126203

Xalq artisti Məleykə Əsədova izləyicilərinin ona görünüşü ilə bağlı ünvanladığı sualları cavablandırıb. 

Bizim.Media xəbər verir ki, aktrisa formada qalmağının sirrini bölüşüb. 

O bildirib ki, yoqa ilə məşğul olur: 

"Ruh, bədən sağlamlığı arzu edirəm hər bir izləyicimə. Əzizlərim, çox suallar verirsiniz ki, necə edirsiniz bu cür cavan və gözəl qalırsınız? Gözəllik ilk öncə daxildən gəlməlidir, zehninizi və düşüncələrinizi sağlam saxlayın. Dedi-qodudan uzaq olub, Allahın bəxş etdiyi hər saniyəyə şükr edib, işinizlə, ailənizlə məşğul olub, təbiətdə və ətrafda olan gözəllikləri görə bilsək, üzümüzə nur gələcək. 

Gözəllik gedəridir, nur qalıcıdır. Sağlamlıq gözəllikdir. İdman isə sağlamlıqdır. İnsanın ruhuna da təsir edir. Könlümüzü, ruhumuzu gözəl niyyətlərlə saflaşdıraq. Həyatın bəxş etdiyi hər bir gözəlliyi görə bilək. Ömür çox qısadır, Allahın bəxş etdiyi ömrü neqativlərdən uzaq olub, saf düşüncələrlə öz həyatımızı yaşayaq".

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO