Avqustun sonuna qədər

Avqustun sonuna qədər "Zəfər yolu" istifadəyə veriləcək - Saleh Məmmədov açıqladı

Hazırda oxunan: Avqustun sonuna qədər "Zəfər yolu" istifadəyə veriləcək - Saleh Məmmədov açıqladı

12620

“Cənab Prezident dediyi kimi, indi bizim üçün yeni dövr - quruculuq dövrü başlayır .Şuşaya aparan Bakı-Hacıqabul-Mincivan yolunun 101 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır."

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, yolun 61 kilometrlik hissəsi tam olaraq minadan təmizlənməyib: 

"Yol ikinci dərəcəli avtomobil yolu kimi çəkiləcək. İkitərəfli hərəkət zolağına malik yol 13 kilometr yol yatağından ibarət olacaq. Avqustun sonuna qədər "Zəfər yolu" istifadəyə veriləcək" - deyə Saleh Məmmədov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO