Çanaqqala Dəniz Zəfərinin ildönümü qeyd olunur

Çanaqqala Dəniz Zəfərinin ildönümü qeyd olunur

Hazırda oxunan: Çanaqqala Dəniz Zəfərinin ildönümü qeyd olunur

126187

Türkiyə Çanaqqala Dəniz Zəfərinin 108-ci ildönümünü qeyd edir. 

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bayram mərasiminə Prezident Rəcəb Tayyib Ərdoğan da qatılacaq. 

Qələbənin ildönümündə Şəhidlər Abidəsi və Səddülbahir qalasında iki ayrı anma proqramı təşkil olunacaq. İlk mərasim Cümhuriyyət meydanında keçiriləcək.

Qeyd edək ki, Türkiyə tarixinin dönüş nöqtələrindən biri olan Çanaqqala müharibəsi 1915-ci il fevralın 19-da Çanaqqala boğazındakı dəniz döyüşü ilə başlayıb. Daha sonra quruda Seddulbahir, Arıburnu və Anafartalar cəbhələrində davam etdi.

325 gün davam edən Çanaqqala müharibələri 1916-cı il yanvarın 9-da Türk ordusunun qələbəsi ilə başa çatıb.

1915-ci il martın 18-də Çanaqqalada qazanılan dəniz zəfəri Türkiyənin gələcəyi üçün dönüş nöqtəsi oldu. Çanaqqalanın keçilməzliyini sübut edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO