Balakəndə “100 kəlam 100 söz

Balakəndə “100 kəlam 100 söz" adlı sərgi təşkil olunub - FOTO 

Hazırda oxunan: Balakəndə “100 kəlam 100 söz" adlı sərgi təşkil olunub - FOTO 

126153

Balakən rayon Abbas Səhhət adına Hənifə kənd tam orta məktəbində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Azərbaycan mənim vətənimdir " adlı tədbir keçirilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirə dəvət olunan şəhid valideynləri, müəllim və şagirdlər əvvəlcə ağac əkmə aksiyasında iştirak ediblər. 

Daha sonra məktəbin həyətində Novruz tonqalı alovlandırılıb. Qonaqlar məktəb şagirdləri və müəllimlər tərəfindən hazırlanan və Heydər Əliyevə həsr olunmuş "100 kəlam 100 söz" şüarı altında təşkil edilən sərgiyə və şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Zəfər otağı”na baxıblar. 

Məktəbin direktoru, əməkdar müəllim Cavanşır Alqayev çıxış edərək ulu öndərin həyat fəaliyyətindən, Heydər Əliyev dühasının tükənməz nurunun Azərbaycanın müstəqilliyinin ədəbiliyinə, millətimizin işıqlı sabahlarına verdiyi töhfə barədə danışıb. 
 Çıxış edən şəhid valideynləri və digər qonaqlar Heydər Əliyev mənəviyyatının tükənməz sərvət, bir ümman olmasından bəhs edib.

Şəhid anaları onların qəhrəman övladlarının baş hərfləri yazılan səməni göyərdilməsini böyük qürur və məmnunluqla qarşılayıb və zəhməti keçənlərə minnətdarlıq ifadə ediblər.  

O da diqqətə çatdırılıb ki, ölkənin təhsil ocaqları sırasında məhz bu məktəbdə ilk “Zəfər otağı” təşkil edilib. Bu isə şagirdlərdə vətənpərvərlik tərbiyəsinin güclənməsində mühüm rol oynayır.



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO