Azərbaycanda baş redaktor vəfat etdi - FOTO

Azərbaycanda baş redaktor vəfat etdi - FOTO

Hazırda oxunan: Azərbaycanda baş redaktor vəfat etdi - FOTO

12610

Azərbaycan Tibb Universitetinin (ATU) "Təbib" qəzetinin baş redaktoru, Əməkdar jurnalist, şair Eldar İsmayıl Böyüktürk vəfat edib.

Bu barədə Bizim.Media-ya ATU-dan bildirilib.

Eldar İsmayıl fevralın 20-də 79 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, E.İsmayıl 10 mart 1942-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub.

1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. İlk mətbu əsəri Eldar Ağbulaqlı imzası ilə "Lenin yolu" qəzetində 1961-ci ildə "Kəndimiz" adlı şeiri ilə başlayıb.

2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

O, "Xüsusi mükafat"a layiq görülmüş "Göyçənin qisası qalır" və "Səttar oğlu" tarixi romanlarının, "Məndən ötrü Ermənistan yoxdu, yox", "Ağrı dağı qədər ağrılarım var", "Ermənistan türklərinin 1988-ci il soyqırımı" publisistik əsərlərinin müəllifidir.

2010-cu ilin sentyabrın 20-də ona Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adı verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO