“Qiymətlərin sürətlə artması vətəndaşları narahat edir. Eyni zamanda, qiymət artımının idxal inflyasiyası ilə bağlı olduğu deyilir. Lakin qlobal miqyasda qiymətlərin azaldığını müşahidə edirik. O zaman sual yaranır, bəs, bizdə niyə qiymətlər ucuzlaşmır?”
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli səsləndirib.
“İnflyasiya səbəbindən vətəndaşlarımız bir neçə milyard vəsait itirirlər. Əhalinin güzəranının pisləşməsində işsizlik də mühüm rol oynayır. Ölkə iqtisadiyyatının böyük hissəsi Abşeron yarımadasının payına düşür. Qalan bölgələrin isə iqtisadiyyatda payı 7 faizə bərabərdir. Ona görə də, “Böyük Qayıdış”la yanaşı, bölgələrə qayıdışla bağlı da layihələr icra olunmalıdır. Eyni zamanda, Bakı da boğulmaqdadır, bundan o tərəfə hədd yoxdur”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:22 / 17.03.2023
“Dünyada qiymətlər azalır, bizdə niyə ucuzlaşmır?” – Əli Məsimlidən ETİRAZ
Hazırda oxunan: “Dünyada qiymətlər azalır, bizdə niyə ucuzlaşmır?” – Əli Məsimlidən ETİRAZ
Hazırda oxunan: “Dünyada qiymətlər azalır, bizdə niyə ucuzlaşmır?” – Əli Məsimlidən ETİRAZ
126056
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.