Ermənistanda general həbs olundu

Ermənistanda general həbs olundu

Hazırda oxunan: Ermənistanda general həbs olundu

125966

Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturov həbs edilib. 

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Apellyasiya Məhkəməsi qərar qəbul edib. 

Belə ki, məhkəmə cinayət prosesinə nəzarət edən prokurorun vəsatətini təmin edib və təqsirləndirilən şəxs Qriqori Xaçaturov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Xaçaturov barəsində vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş daşınmaz əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) ilə bağlı iş başlanıb.

O, 2021-ci ilin iyulunda vəzifəsindən azad edilib. 

Xatırladaq ki, bundan əvvəl İrəvanda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi üçüncü ordu korpusunun keçmiş komandiri general Xaçaturovun həbsindən imtina edib. Daha sonra Baş Prokurorluq Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarından Cinayət İşləri üzrə Apellyasiya Məhkəməsinə şikayət təqdim edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO