Qusarda Novruz şənliyi KEÇİRİLDİ - FOTO 

Qusarda Novruz şənliyi KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Qusarda Novruz şənliyi KEÇİRİLDİ - FOTO 

125949

Qusar şəhərində Novruz bayramına həsr olunmuş rayon şənliyi general Mahmud Əbilov adına mərkəzi meydanda baş tutub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ənənəvi olaraq xüsusi gəcavədə əyləşmiş Bahar qız şəhər küçələrini gəzərək sakinləri, rayonun qonaqlarını salamlayıb.

Mərkəzi meydanda bayram tonqalı yandırılıb. Rayon rəsmilərinin,ictimaiyyət nümayəndələrinin, sakinlərin qatıldığı şənlikdə şən musiqi nömrələri və rəqslər izləyicilərə xoş ovqat yaradıb. 

Rayon icra hakimiyyətinin başçısı Şair Alxasov bütün sakinləri Novruz bayramı münasibəti ilə təbrik edib.  

Novruz şənliyində folklor sərgisi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə təşkil edilmiş kitab sərgisi maraqla qarşılanıb. 

Bayram tədbiri rəngarəng konsert proqramı ilə başa çatıb.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO