Boksçumuz dünya çempionatına qələbə ilə başladı

Boksçumuz dünya çempionatına qələbə ilə başladı

Hazırda oxunan: Boksçumuz dünya çempionatına qələbə ilə başladı

125934

Azərbaycan boksçusu Zeynəb Rəhimova Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında ilk döyüşünə çıxıb.  

Bizim.Media xəbər verir ki, 54 kq çəkidə çıxış edən milli üzvü 1/32 final çərçivəsində Lethokule Sibisi (CAR) ilə üz-üzə gəlib.  

Hər 3 raundu aktivinə yazan Rəhimova yekunda 5:0 (30:25, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, 1/16 finalda ilk mərhələdən azad olan Kristin Gillespi (Yeni Zelandiya) ilə döyüşəcək. Görüş martın 18-nə təsadüf edəcək.  

Anaxanım İsmayılova (50 kq) isə ev sahibi Zarin Nixadla qarşılaşıb və rəqib mərhələ adlayıb.

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO