Kürdəmirdə YOL QƏZASI: 3 nəfər xəsarət aldı - FOTO/VİDEO

Kürdəmirdə YOL QƏZASI: 3 nəfər xəsarət aldı - FOTO/VİDEO

Hazırda oxunan: Kürdəmirdə YOL QƏZASI: 3 nəfər xəsarət aldı - FOTO/VİDEO

125932

Kürdəmirdə avtomobil qəzası baş verib.  

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Tərtər rayon sakini Bayramlı Ceyhun İdris oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarına düşüb. 
Qəza zamanı avtomobildə olan sərnişinlər Tərtər rayon sakinləri 9 Yaşlı Bayramlı Yusif Ceyhun oğlu, 30 yaşlı Orucova Güldəstə Qoşqar qızı və 52 yaşlı Hüseynova Səkinə Aydın qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər. 

Hazırda fakt araşdırılır.  

Aqil Əsədov, Bizim.Media, Aran bürosu
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO