Son iki gündə paytaxtda 554 küçə dezinfeksiya olundu.
Ölkədə koronavirusa (COVID-19) yoluxanların sayında artımın olması nəzərə alınaraq oktyabrın 24-ü və 25-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtda küçələrin 15-ci dezinfeksiyası həyata keçirilib.
Kommunal təsərrüfat xidmətlərinin 40 xüsusi texnikası və 2000-dən çox işçinin köməyi ilə ümumilikdə 554 küçə dezinfeksiya olunub.
Bizim.Media-ya verilən məlumata görə, görülən işlər paytaxt sakinlərinin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.
Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin kollektivi işğaldan azad ediləcək Şuşa şəhərində də dezinfeksiya tədbirlərini aparmağa hazırdır.
Bizim.Media