“Son zamanlar deyirlər ki, müğənnilər oxuya bilmir. Amma tamaşaçılar biz müğənnilərin kulis arxasındakı vəziyyətlərindən bixəbər olurlar. Biz mahnılarımızı studiyada yazdırmaq üçün 12-dən sonra yəni gecə yarı gedib, oxuyuruq. Və ya axşam 18:00-dan sonra. Çünki o vaxt səsin tam açılan vaxtı olur. Səhər və ya günorta oxumalıyıqsa, “raspevka” edib, səsimizi açırıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri xanəndə İlahə İbadova qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.
Sənətçi səsi olmayan həmkarlarını dilə gətirdiyi fikirləri ilə “sancıb”:
“Bayramlarda çəkilişlər, tədbirlər və məclislər çox olur. Belə olanda da insanın canı yorğun olur, səsi də çıxmır. Tamaşaçı da bunu anlamaq istəmir ki, canlı oxuyursa, bu o demək deyil ki, onun səsi yoxdur. Sadəcə səsi yerində deyil. Amma tamaşaçı, efir və orada olan qonaqlara hörmət naminə ağzımızı açıb bir kəlimə də olsa oxuyuqsa, sözlərini yerə salmamaq üçün ifa edirik.
Hamı toyda oxuyur, hamının da səsi var. Söhbət canlı ifadan gedir. Tamaşaçının da gözü tərəzidir. Kimin canlı, kimin insə fonoqram oxuduğunu çox gözəl bilirlər. Gəlin, bizim işləməyən səsimizlə onların işləyən səsini müqayisə edək”.
- A-
- A
- A+
Şoutaym
13:13 / 15.03.2023
İlahə İbadova: “Deyirlər ki, müğənnilər oxuya bilmir” - VİDEO
Hazırda oxunan: İlahə İbadova: “Deyirlər ki, müğənnilər oxuya bilmir” - VİDEO
Hazırda oxunan: İlahə İbadova: “Deyirlər ki, müğənnilər oxuya bilmir” - VİDEO
125640
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.