Messi

Messi "Barselona"da yeni rekorda imza atdı

Hazırda oxunan: Messi "Barselona"da yeni rekorda imza atdı

12563

Kataloniya "Barselona"sının hücumçusu Lionel Messi klubda La Liqa matçlarının sayına görə yeni rekorda imza atıb.

Bizim.Media xəbər verir ki, futbolçu "Kadis"lə oyunda meydançaya çıxıb. Bu, hücumçunun 506-cı görüşü olub. Messi həmin göstərici üzrə Xavini qabaqlayıb.

Sonuncu 505 matçda iştirak edib.

Messi İspaniya çempionatında birinci oyununu 2004-cü ilin oktyabrında “Union Espanyola”ya qarşı keçirib.

Hücumçu bundan əvvəl Çempionlar Liqasında (ÇL) da yeni nailiyyətə imza atıb.

Argentinalı hücumçu Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 17-ci təqvim ilində fərqlənməyi bacarıb.

34 yaşlı forvard 2021-ci ildə ÇL-də ilk qolunu evdə Fransa PSJ-si ilə 1/8 final mərhələsinin ilk oyununda vurub. Kapitan 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Beləliklə, o, 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO