“Heydər Əliyev İli” çərçivəsində Balakən rayonunda məktəb komandaları arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual liqa yarışlarına yekun vurulub.
Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon Gənclər və İdman idarəsindən məlumat verilib.
Balakən Təhsil sektoru və Gənclər evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə bir ay əvvəl başlayan intellektual yarışda ümumtəhsil məktəblərini təmsil edən 8 komanda mübarizə aparıb.
İntellektual yarışın təşkilində əsas məqsəd yeniyetmə və gənclərin ulu öndərin həyat və fəaliyyəti, xalq və Vətən qarşısındakı xidmətləri barədə məlumatlılığını artırmaq, onların intellektual potensialını yüksəltmək olub.
Bir ay davam edən mübarizədən sonra qaliblər bəlli olub. Belə ki, Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov adına Balakən Humanitar və Texniki Təmayüllü Liseyin komandası intellektual yarışın qalibi adını qazanıb. Balakən şəhər 1 nömrəli və Qaravəli kənd 1 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutub.
İntellektual yarışın qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
00:12 / 15.03.2023
Balakəndə “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibləri MÜƏYYƏNLƏŞDİ - FOTO
Hazırda oxunan: Balakəndə “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibləri MÜƏYYƏNLƏŞDİ - FOTO
Hazırda oxunan: Balakəndə “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibləri MÜƏYYƏNLƏŞDİ - FOTO
125554
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.