Qusarın saç ustası Alyona Avçiyeva ilk dəfə olaraq rayonun qadınları üçün maraqlı bir layihəyə imza atıb. Onun təşəbbüsü və işlədiyi ticarət mərkəzinin dəstəyi ilə Qusar şəhərində qadınlar üçün "3 kreativ saç düzümü" mövzusunda ilk seminar baş tutub.
Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev mərkəzinin yaxınlığında yerləşən iaşə müəssisəsində baş tutan tədbirdə əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə güllər düzülüb.
Sonra tədbir Alyona Avçiyevanın əl işlərinin nümayişi ilə start götürüb. Qadınların saç düzümü baxımından daha gözəl görünmələri üçün seminarın əhəmiyyətindən danışan saç ustası iştirakçılar üçün 3 kreativ saç düzümünü nümayiş etdirib.
Saç düzümünün ən dəbdə olan modelini qadınlara izah edən Alyona Avçiyeva gözəl məxluq olan qadınların həmişə baxımlı olmalarını arzulayıb.
Tədbirdə diqqət çəkən ən həssas məqam isə saç ustasının 9 yaşlı Asim Şahbalayevin saçını da son dəblə kəsməsi oldu. Öyrəndik ki,2-ci sinifdə oxuyan Asim Şahbalayev hazırda bir böyrəklə yaşayır, əvvəllər böyrək böyüməsindən çətinlik çəkdiyindən bir böyrəyi xaric edilib.
Seminar zamanı saç ustasının çalışdığı ticarət mərkəzinin nəzdində fəaliyyət göstərən qadın bərbəri kursunu bitirən 20-dən çox gənc xanıma sertifikatlar təqdim edilib.
Tədbir xoş musiqi nömrələri və rəqslərlə davam edib. Alyona Avçiyeva Bizim.Media-ya müsahibəsində peşəsini çox sevdiyini və qadınların gözəlləşdirilməsinə xidmət edən bir peşəyə yiyələndiyi üçün özünü xoşbəxt saydığını qeyd edib.
Məlumat üçün deyək ki, 1988-ci il təvəllüdlü Alyona Avçiyeva Qazaxıstanın keçmiş Şevçenko, indiki Aktau şəhərində doğulub. Valideynləri orada yaşayıb, sonra Qusara köçüblər. Böyüyüb ailə qurduqdan sonra Rusiyanın Soçi şəhərində və Bakıda yaşayıb.
Deyir ki,gənc yaşlarından saç ustası peşəsinə yiyələnmək əsl arzusu olub. Odur ki, Soçi şəhərində məşhur saç ustası Georgi Kotdan dərs alıb.
Alyona Avçiyeva peşəsini daha çox təbliğ etmək üçün yeniliklər etməyi sevir. Bildirir ki,bəziləri bu peşəyə adi baxsa da əslində belə deyil.
Bu baxımdan müntəzəm olaraq Bakı şəhərində bu qəbilli tədbirlərə dəvət alır. Müxtəlif diplom və fəxri fərmanlar alan Qusarın kreativ fikirli saç ustası qadınları həmişə özlərinə baxımlı və gözəl görmək istəyir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- A-
- A
- A+
Cəmiyyət
18:17 / 14.03.2023
Qusarın gözəlləşmək istəyən xanımları üçün yeni imkanlar - FOTO
Hazırda oxunan: Qusarın gözəlləşmək istəyən xanımları üçün yeni imkanlar - FOTO
Hazırda oxunan: Qusarın gözəlləşmək istəyən xanımları üçün yeni imkanlar - FOTO
125512
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.