Mələkxanım: “Valideyn uşağının səsi olmasa da, müğənni olmağa məcbur edir” - VİDEO

Mələkxanım: “Valideyn uşağının səsi olmasa da, müğənni olmağa məcbur edir” - VİDEO

Hazırda oxunan: Mələkxanım: “Valideyn uşağının səsi olmasa da, müğənni olmağa məcbur edir” - VİDEO

125405

“Qızım Nəzrin uşaqlıqdan Əməkdar artist Aybəniz Haşımovanın “Bülbüllər” qrupunda oxuyub, festivallara gedirdilər. Bir hobbisi kimi də çalışırdı. Nəzrin böyüdükcə hiss elədi ki, bu sənətə gələ bilməz. Onun başqa yolu var. Ona görə də Nəzrin hazırda rəssamlıqla məşğul olur. Mədəniyyət İncəsənət Universitetinə daxil oldu. Rəssamlıq Universitetinin magistr dərəcəsini bitirdi. Onun öz yolu oldu və davam etdirir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Əyyubova qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.

Övladlarının təhsilindən söz açan sənətkar valideynlərin uşaqların seçimlərinə qarışmasına etiraz edib:

“Böyük oğlum proqramistdir. Kiçik oğlum isə Azərbaycan Diplomatik Akademiyasında (ADA) oxuyur. Böyük qızım isə ailəlidir. Mən bir valideyn tərəfdarı deyiləm ki, uşaqları öz istədiyin yönə yönləndirəsən.
Bununla evlən, bu işi gör və başqa. Valideyn yalnız düzgün istiqamət verməlidir. Övladı ilə dost olmağı bacarmalıdır. Uşağın hansı sahəyə meyli varsa, hansı sahəyə tam özünü hazır bilirsə, o sahəni düzgün inkişaf etdirməlidir. Bəzi valideynlər uşağının səsi olmasa da, onları müğənni olmağa məcbur edir. Uşağa sərbəstlik verməlidir. Hansı sənəti istəyirlərsə, o sənətə getsin”.

Rəşad Əliyev, Bizim.Media
 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO