Ağır qətl törətməkdə şübhəli bilinən 2 şəxs SAXLANILDI - DİN

Ağır qətl törətməkdə şübhəli bilinən 2 şəxs SAXLANILDI - DİN

Hazırda oxunan: Ağır qətl törətməkdə şübhəli bilinən 2 şəxs SAXLANILDI - DİN

125385

"Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Y. Hümbətovanı qətlə yetirməkdə şübhəli bilinən E. Quliyev Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib". 

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Astarada 30 yaşlı qadın öldürülüb - Baş Prokurorluq  


Onun sözlərinə görə, bundan başqa Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 13-də həyat yoldaşı, Astara rayon Maxşan kənd sakini 1993-cü il təvəllüdlü G. Qəhrəmanovanı qətlə yetirməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Yusif Verdiyev saxlanılaraq Astara RPŞ-nin əməkdaşlarına təhvil verilib.
 
Məqsəd Rəhimov Bizim.Media Qərb bürosu
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO