Hərbi qulluqçularımıza psixoloji dəstək fəaliyyətləri davam etdirilir - FOTO 

Hərbi qulluqçularımıza psixoloji dəstək fəaliyyətləri davam etdirilir - FOTO 

Hazırda oxunan: Hərbi qulluqçularımıza psixoloji dəstək fəaliyyətləri davam etdirilir - FOTO 

125364

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçuları tərəfindən plana uyğun olaraq təlim hərbi hissələrində şəxsi heyətə psixoloji dəstək fəaliyyəti həyata keçirilib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib. 

Tədbirlər çərçivəsində hərbi xidmətə yeni çağrılan gənc əsgərlərin xidmət şəraitinə uyğunlaşması, psixoloji sağlamlıqlarının qorunması məqsədilə onlarla qrup və fərdi qaydada psixoloji yardım fəaliyyəti həyata keçirilib, ideoloji iş üzrə profilaktik söhbətlər aparılıb. 

Həmçinin gənc nəslin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində maarifləndirici söhbətlər aparılıb. 

Bundan əlavə gənc əsgərlərin təlim və tərbiyəsi prosesində iştirak edən zabit və psixoloqlara psixoloji işə aid olan üsul və vasitələrin düzgün tətbiqi, peşəkar vərdişlərin inkişaf etdirilməsi məqsədilə metodiki tövsiyələr verilib. 

Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO