Qəbələdə bir gündə iki yanğın hadisəsi baş verib - FOTO

Qəbələdə bir gündə iki yanğın hadisəsi baş verib - FOTO

Hazırda oxunan: Qəbələdə bir gündə iki yanğın hadisəsi baş verib - FOTO

125313

Qəbələ rayonunun Nohurqışlaq və Vəndam kəndlərində yanğın hadisələri qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün günün ikinci yarsında rayonun Nohurqışlaq kəndində vətəndaşa məxsus fındıq bağında quruyan yarpaqların yandırılması və ətrafının mühafizə olunmaması bir sıra fəsadlara gətirib çıxarıb.  

Belə ki, qısa zamanda yanğın alovlanaraq, fındıq bağından yaxınlıqdakı meşəliyə keçib.  

Digər yanğın hadisəsi isə rayonun Vəndam kəndi yaxınlığındakı meşəlik ərazidə qeydə alınıb.

Hər iki yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ rayon yanğından mühafizə hissəsinin qüvvələri eləcə də yerli sakinlər cəlb olunub.

Nohurqışlaq kəndində yanğın ərazisi genişlənməsinə baxmayaraq yanğınsöndürənlərin eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının birgə səyi ilə məhdudlaşdırılıb.  
Hazırda yanğın ocaqlarında közlərin tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO