Ağdamda sahələri zərər görən 55 pambıqçıya sığorta ödənişləri edildi – FOTO

Ağdamda sahələri zərər görən 55 pambıqçıya sığorta ödənişləri edildi – FOTO

Hazırda oxunan: Ağdamda sahələri zərər görən 55 pambıqçıya sığorta ödənişləri edildi – FOTO

125288

Aqrar Sığorta Fondu pambıq bitkisi üzrə fermerlərə zərər ödənişlərini davam etdirir. Ötən il aqrar sığorta ilə təminat altına alınan pambıq sahələrinin bir qismi fırtına, dolu və üçüncü şəxslərin hərəkətləri nəticəsində zərərə məruz qalıb.

Bu gün “MKT İstehsalat Kommersiya” MMC-nin Ağdam filialında keçirilən tədbirdə sahələrini sığortalayan pambıqçı fermerlərə ödənişlər təqdim edilib. Pambıq sahələri dolu riskindən zərər çəkən 55 nəfər fermerə 76000 manata yaxın sığorta ödənişi verilib. Pambıq bitkisi üzrə ümumi zərər ödənişi isə 116 min manatdan çoxdur.

Tədbirdə çıxış edən Ağdam DAİM-nin direktor müavini Bəhruz Nəzərov Bizim.Media-ya bildirib ki, kənd təsərrüfatında strateji istiqamətlərdən olan pambıqçılıq sahəsinin sığortaya cəlb edilməsi bu sahədə çalışan fermer və şirkətlərin risklərini qorumaqla yanaşı, pambıqçılıqdan faydalanan bölgə sakinlərinin rifahına da müsbət təsir edir.

Etibarlı sığorta mexanizminin işə düşməsi və ödənişlərin verilməsi isə “MKT İstehsalat Kommersiya” MMC ilə yanaşı, bu sahədə fəaliyyət göstərən çoxsaylı yerli fermerin də risklərdən qorunmasına kömək edir.

Tədbirdə qeyd olunub ki, 2022-ci ildə ölkənin 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb.

Bunun 32 min hektarı Aqrar Sığorta Fondu tərəfindən təminat altına alınıb. Ümumilikdə sığortalanan pambıq sahələrinin dəyəri 90 milyon manata yaxın olub. İxrac potensialli pambiq bitkisi üzrə toplam sığorta haqqı isə 1 102 660 azn təşkil edib ki, bu da ötən illə müqayisədə 37 dəfə artım deməkdir. Aqrar sığorta xidmətindən istifadə edənlərin 510 nəfəri fiziki, 218-i isə hüquqi şəxslərdir.

Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonunlarının ərazisində əkilib. Bu rayonların ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur. Respublika üzrə pambıq əkini sahələrinin 45 faizdən çoxu bu 4 rayonun payına düşür.
Tədbir çərçivəsində MKT Ağdam filialının inzibati binasında DAİM-nin rəhbərliyinin iştirakı ilə yerli fermerlərlə görüş də keçirilib. Aqrar Sığorta Fondunun nümayəndələri Hadisələrin tənzimlənməsi şöbəsinin əməkdaşı Samid Ağayev, Vasitəçi və filiallarla iş şöbəsinin koordinatoru Xəyal Heydərov fermerlərə aqrar sığorta mexanizmi, onun faydaları, heyvandarlıq və bitkiçilik məhsullarının sığortası şərtləri barədə geniş məlumat verilib, sualları ətraflı cavablandırılıb.


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO