Kəlbəcərdə yeni tədqiqatlar BAŞLAYIR 

Kəlbəcərdə yeni tədqiqatlar BAŞLAYIR 

Hazırda oxunan: Kəlbəcərdə yeni tədqiqatlar BAŞLAYIR 

125255

2023-cü il ərzində geoloji işlərin davam etdirilməsi üçün Kəlbəcərdə daha 45,5 kvadrat kilometr sahə ANAMA tərəfindən minalardan təmizlənərək, çöl tədqiqatlarının davam etdirilməsi üçün “AzerGold” QSC-nin geoloji heyətinin ixtiyarına veriləcək.

Bizim.Media “AzerGold” QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, qurum torpaqların minalardan təmizlənməsi üçün tələb olunan vaxt itkisini qismən kompensasiya etmək məqsədilə innovativ kəşfiyyat metodlarından istifadə edir.

“Buna görə də, 2022-ci ildə təkcə Kəlbəcər rayonunu deyil, Laçın rayonunun da bir hissəsini əhatə edən 1624 kvadrat kilometr sahədə Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri həyata keçirilib və bu proses cari il ərzində də davam etdirilir”, - deyə məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO