“Koroğlu” metrosunun yaxınlığında şam ağacları yandırıldı

“Koroğlu” metrosunun yaxınlığında şam ağacları yandırıldı

Hazırda oxunan: “Koroğlu” metrosunun yaxınlığında şam ağacları yandırıldı

125228

“Koroğlu” metrosunun yaxınlığında şam ağacları yandırılıb. Ərazidə yaşayanların sözlərinə görə, yaxınlıqdan elektrik naqilləri və qaz xətləri keçir. Bu da o deməkdir ki, kiçik bir qığılcım böyük faciəyə səbəb ola bilər.

Bizim.Media “Baku ES” Telegram kanalına istinadən xəbər verir ki, məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə baxış keçiriblər.

Məsələnin nəzarətə götürüldüyü bildirilib.

Yaşıllığa vurulan ziyanla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Ekologiya və Təbii Sərvətlər İdarəsindən açıqlama verilib.

Deyilib ki, sözügedən ərazidə bir neçə ay öncə baş vermiş yanğın zamanı 4 şam ağacının gövdə hissəsinin qabıqları yanıb. FHN-in əməliyyat-istintaq idarəsi yanğının səbəblərinin müəyyən olunması üçün araşdırma aparır. 
Ərazidəki ağaclara aqrotexniki xidmət göstərilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO