Renat Dadaşov qol vurdu, \

Renat Dadaşov qol vurdu, \"Qrasshopper\" qələbə qazandı

Hazırda oxunan: Renat Dadaşov qol vurdu, \"Qrasshopper\" qələbə qazandı

125220

İsveçrə çempionatında 24-cü turun oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” doğma meydanda “Vintertur”la qarşılaşıb. Renatın komandası oyundan qələbə ilə ayrılıb - 2:1. 

Renat da bu görüşün iştirakçısı olub. O, əsas heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. "Qrashopper"in ilk qolunu da elə məhz 41-ci dəqiqədə Dadaşov vurub. 

Qeyd edək ki, “Qrasshopper” 24 turdan sonra 28 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO