Türkiyənin Malatya vilayətinin Pütürge rayonunda daha bir zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin gücü Rixter cədvəli üzrə 4,5 bal gücündə olub. Yeraltı təkanlar yerli vaxtla saat 05:13-də yerin 5 kilometr dərinliyində baş verib.
Həmçinin, Hatay vilayətinin Hassa rayonunda da yerin 5 kilometr dərinliyində meydana gələn 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Qeyd edək ki, Malatya vilayətinin Pütürge rayonunda sonuncu zəlzələdən az əvvəl daha bir yeraltı təkan baş verib. Zəlzələ yerin 2,4 kilometr dərinliyində qeydə alınıb.
Bizim.Media