Yunan-Roma güləşçilərimizin Avropa çempionatındakı İLK RƏQİBLƏRİ - ADLAR

Yunan-Roma güləşçilərimizin Avropa çempionatındakı İLK RƏQİBLƏRİ - ADLAR

Hazırda oxunan: Yunan-Roma güləşçilərimizin Avropa çempionatındakı İLK RƏQİBLƏRİ - ADLAR

125154

Martın 13-də Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatına start veriləcək. Yarışın ilk üç günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Bizim.Media Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, martın 12-də güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib.

Püşkə əsasən, milli komandamızın üzvlərinin də ilk rəqibləri bəlli olub. Belə ki, Rahim Həsənov (55 kq) Karapet Manvelyan (Ermənistan) - Sabolç Losonç (Serbiya) cütünün qalibi, Elmir Əliyev (60 kq) türk Mert İlbars, Ziya Babaşov (63 kq) ermənistanlı Sahak Ovannisyan, Həsən Məmmədli (67 kq) İsveçrə güləşçisi Mixail Portmann, Qurban Qurbanov (72 kq) Luka Malobabiç (Xorvatiya), Xasay Həsənli (77 kq) Şahan Acar (Türkiyə), İsmayıl Rzayev (82 kq) norveçli Eksaus Mukubu, Məhəmməd Əhmədiyev (87 kq) Gürcüstan təmsilçisi Açika Bolkvadze, Murad Əhmədiyev (97 kq) serbiyalı Luka Katiç, Sərxan Məmmədov (130 kq) isə ukraynalı Mixaylo Vişnivetski ilə qarşılaşacaq.

Qeyd edək ki, martın 13-də 55, 63, 77, 87, 130, növbəti gün isə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində yer alan güləşçilər çıxış edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO