“İrəvan hesab edir ki, hamı gəlib onların əvəzinə Azərbaycana qarşı vuruşacaq” - Hikmət Hacıyev

“İrəvan hesab edir ki, hamı gəlib onların əvəzinə Azərbaycana qarşı vuruşacaq” - Hikmət Hacıyev

Hazırda oxunan: “İrəvan hesab edir ki, hamı gəlib onların əvəzinə Azərbaycana qarşı vuruşacaq” - Hikmət Hacıyev

125122

"KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibəsində bildirib.

"Ermənistan daim ümid edirdi ki, KTMT ölkələri onun Azərbaycanın ərazilərini işğalda saxlamasına kömək etməlidir. Amma həmin ölkələr Ermənistanın bu avantürüst siyasətinin alətinə çevrilmək istəmirdilər. Yəni, Ermənistan özünü yanlış addımları ilə pis vəziyyətə salıb. KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovu vəzifədə ola-ola necə hörmətsiz qaydada geri çağırıb cinayət işi açmaları hamının yadındadır. Bu, əslində bütün KTMT üzv ölkələrinin təhqir olunması idi", - Hikmət Hacıyev qeyd edib.

"Son vaxtlar Ermənistan öz ərazisində KTMT-nin təlimlərinin keçirilməsindən imtina etdi. İndi də artıq Baş katibin müavini kvotasından imtina ediblər.

Hayastan Respublikası hesab edir ki, bütün dünya onlara borcludur, hamı gəlib onların əvəzinə Azərbaycana qarşı vuruşmalıdır. Və əsassız iddiaları qəbul edilmədiyi üçün hamıdan inciyirlər. KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər", - Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO