Çempionatın lideri

Çempionatın lideri "Sabah"dan çətin qələbə - FOTO

Hazırda oxunan: Çempionatın lideri "Sabah"dan çətin qələbə - FOTO

125119

12 mart tarixində Şəki Olimpiya İdman Kompleksində 21-ci turun son oyunu keçirilib. 

Bizim.Media xəbər verir ki, "Olimpik Şəki" doğma divarlar arasında, paytaxt klubu "Sabah"ı qəbul edib. 

Əlavə vaxtın yaşandığı gərgin oyunun sonunda "Sabah" basketbolçuları 86-80 hesabı ilə qələbə qazanıblar. 

Ən məhsuldar basketbolçular: "Olimpik Şəki BK" (Larri Robinson - 36 xal, 9 ribaund ), "Sabah BK" (Entoni Patti - 27 xal, 8 ribaund).

Qeyd edək ki, 22-ci turun oyunları 15-19 mart tarixləri aralığında baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO