Beynəlxalq Uzunömürlülük Konqresi “Viva La Vida” – təkamülün, yeni kəşflərin astanasında - FOTO

Beynəlxalq Uzunömürlülük Konqresi “Viva La Vida” – təkamülün, yeni kəşflərin astanasında - FOTO

Hazırda oxunan: Beynəlxalq Uzunömürlülük Konqresi “Viva La Vida” – təkamülün, yeni kəşflərin astanasında - FOTO

125107

16-17 mart 2023-cü il tarixlində Baku Marriott Hotel Boulevard fəal uzunömürlülük sahəsində ən parlaq beynəlxalq mütəxəssisləri – “Viva La Vida” Beynəlxalq Uzunömürlülük Konqresini toplayacaqdır.  Bu böyük hadisə ərəfəsində tədbirin təşkilatçıları ilə press-səhər yeməyi baş tutdu ki, burada Azərbaycanın aparıcı media nümayəndələri qeyri-rəsmi şəraitdə ünsiyyətdə olmaq imkanı əldə etdilər.    

Bizim.Media xəbər verir ki, bizim həmsöhbətimiz özlərinin peşə fəaliyyətini insan sağlamlığının, gəncliyinin və gözəlliyinin qorunması məsələlərinə həsr etmiş, qarşıdan gələn tədbirin ideoloji ilhamvericilərinə çevrilmiş iki fəal qadın oldular.

Həcər CƏFƏROVA, Sea Breeze Anti-Aging Center sağlamlıq kompleksinin yaradıcısı, SPA və Wellness – AWWA (Aesthetic & Wellness World Academy) və Aesthetic & Wellness Association sahəsində ixtisaslaşmaqla akkrteditasiyalı peşəkar akademiyanın təsisçisi. “Kaspi Mayr” yeni sağlamlıq kompleksinin novatoru və ideoloqu.

Uzunömürlülük sağlam həyat tərzi icmasında yaşamaq unikal konsepsiyasının yenilikçisi.  

İlona ANSONE (Latviya), uzunömürlülük mərkəzlərinin, Medical Spa və Wellness mərkəzlərinin inkişafı ilə məşğul olan Possumus development şirkətinin yardıcısı. Mental Health və bədən yönümlü terapiya sahəsində mütəxəssis. Gözəllik sənayesində kadrların hazırlanması üçün “Beauty School”-un ortaq sahibi. Mental Health və bədən yönümlü terapiya sahəsində mütəxəssis.    

- Niyə məhz uzunömürlülük mövzusuna bu qədər böyük diqqət ayrılıb? 

İlona ANSONE: Əgər dünyadakı iri investisiya axınlarını diqqətlə öyrənsək, belə bir nəticəyə gəlmək olar ki, dünyada istisnasız olaraq bütün insanları narahat edən bu həyati məsələyə xüsusi diqqət cəlb edilib. İnvestorlar innovasiyalı texnologiyaların ixtirasına, laboratoriya açılışları, preventiv tibbin inkişafına, yeni farmasevtika məhsulları və həllərinin yaradılmasına sərmayə qoyurlar. İndi biz insana sağlamlığını qorumaqla və aydın şüurda olmaqla daha uzun yaşamağa imkan verəcək təkamülün, yeni kəşflərin astanasındayıq.      

Belə səviyyədə konqres təkcə Azərbaycanda deyil, bütövlükdə regionda ilk dəfə keçirilir.

Oxşar tədbirlərin ən irilərindən biri uzun illər ərzində ardıcıl olaraq ABŞ-da Las-Veqas şəhərində keçirilir. O, minlərlə insanı toplayır – bu həm göstərilən sahədə çalışan mütəxəssislərdir, həm də “mövzuda” qalmaq istəyən, bu sənayenin xidmətlərinin istehlakçılarının özləridir. Bu təəccüblü deyil, axı burada həm peşəkarlığın formalaşmasında kömək edəcək yeni bilikləri əldə etmək, həm də müxtəlif şirkətlər tərəfindən təklif edilən yenilikləri sınaqdan çıxarmaq mümkündür.   

Həcər CƏFƏROVA: Konqresdə iştirak üçün Azərbaycana məhz həmin spikerlər gələcəklər ki, onlar belə qlobal tədbirlərdə iştirak edirlər. Bu əlamətdardır, axı Azərbaycanda uzunömürlülüyün saxlanması sahəsində dünyaya təıklif edə biləcəkləri var. Bizim ölkəmiz təkcə təbii sərvətləri ilə deyil, həm də unikal mətbəxi, ənənələri, tibbi təcrübələri ilə zəngindir. Azərbaycan qədim zamanlardan özünün uzunömürlülüləri ilə məşhurlaşmışdı və bu fenomen dünyada ciddi şəkildə öyrənilir. Konqres çərçivəsində bizim ölkəmizin özlərinin nəhəng təcrübələri ilə bölüşəcək nümayəndələri də çıxış edəcəklər.

Biz həm də vətəndaşlarımızın və qonaqlarımızın həyat və sağlamlığının yaxşılaşdırılması üçün yeni gözəl şərait yaradırıq. Artıq bu gün Sea Breeze Resort-un ərazisində Azərbaycanda ilk və yeganə Anti Age mərkəzi fəaliyyət göstərir. Biz komandamızın və xüsusən də həkimlərin daimi böyüməsi üçün çoxlu resurs əlavə edirik. Biz mütəmadi olaraq beynəlxalq mütəxəssisləri dəvət edirik, təlimlər keçiririk, onları yüksək səviyyəli beynəlxalq konfranslarda iştirak etmək üçün göndəririk.

Növbəti layihəmiz “Caspi Mayr” sağlamlıq və uzunömürlülük mərkəzidir.

Bu, tamamilə yeni kompleksdir, burada Azərbaycanda ilk dəfə olaraq Dr.Mayerin konsepsiyasına uyğun olaraq hazırlanmış patentləşdirilmiş Detox proqramından keçmək mümkün olacaq. Proqram bir çox beynəlxalq mükafatlara layiq görülüb və ən yaxşısı kimi tanınıb. Eləcə də bioloji yaşı azaltmaq üçün unikal Uzunömürlülük proqramıdır.

O, Xəzər dənizinin sahilində yerləşir, burada dəniz havası yalnız bu müalicəvi texnikanın bütün üstünlüklərini artırır. Artıq indi böyük bir layihənin tərkib hissəsi olan, sakinlər sağlamlıq kompleksinin infrastrukturundan istifadə etmək üçün xüsusi şərait əldə edəcək, ən əsası isə icmanın bir hissəsinə çevriləcək “Caspi Mayr” villalarını almaq imkanı yaranıb. 

Konqres iştirakçılarının özləri üçün götürə biləcəkləri ən əsas şeyi vurğulayın?

İlona ANSONE: Bizim tədbirdə iştirak edən spikerlərin hər biri öz istiqamətini təmsil edir. Bizim //vivalavidacongress.com/ saytında onların öz həyatlarını həsr etdikləri peşə fəaliyyəti istiqamətləri göstərilib. Bu tədqiqatlar sadəcə unikaldır.     

Konqresdə iştirak etmək üçün dəvət etdiyimiz mütəxəssislər daha dar sahələr üzrə ekspertlərdir. Ümumiyyətlə, bu sahədə baş verənlər barədə məlumatlılığınızı genişləndirməyi tövsiyə edirik. Bu, daha bacarıqlı və tələbkar olmağa kömək edir, ən yaxşı nəticə əldə etmək üçün digər mütəxəssislərlə birlikdə işləməyə kömək edir. Bu tədqiqatlar sadəcə unikal və ən əsası təzə və aktualdır.

Bilirsiniz necədi, hazırda, tam informasiya əlçatanlığı əsrində axınlardan baş çıxara bilmək üçün öz “süzgəcinin” olması lazımdır.  Və dünya ictimaiyyətinin nüfuzlu liderlər sırasına təyin etdiyi şəxslərin Azərbaycana gəlişi – həm də ilkin mənbə ilə təmas imkanıdır. 
Konqresdə iştirak həkimlərə, məşqçilərə, müxtəlif sahələr üzrə mütəxəssislərə öz müştərilərindən daha savadlı olmağa imkan verəcək, çünki müştərimiz yeni əlçatan informasiya dünyasında çox fərasətlidir. Və bu, etibarlılığı qorumaq üçün çox vacibdir. 

Axı əgər mütəxəssis “trenddə” deyilsə, ətrafında baş verənlərdən baş çıxara bilmirsə, yekunda ona sadəcə etibar etməyəcəklər.    

Siz insan Gözəlliyi və Uzunömürlülüyü anlayışı ilə məhz nəyi nəzərdə tutursunuz?  

Həcər CƏFƏROVA: 15 ildən artıq estetika sahəsində olmaqla, onu öyrənməklə mən belə bir qənaətə gəldim ki, həqiqi insan gözəlliyi daxildən gəlməlidir. Təkcə xaricdən gözəl olmamaq, həm də həyat sevinci və enerji saçmaq, fiziki və mental cəhətdən sağlam olmaq. Özüm üçün mən missiyamı müəyyən etmişəm – o haqda ideyanı çatdırmaq ki, gözəl və xoşbəxt olmaq, özünü sevmək və qiymətləndirmək, məhz sənə lazım olan və xoşuna gələni etmək deməkdir. Sağlam olmaq bütün aspektlərdə sağlam düşünmək və hərəkət etmək deməkdir.    

Məhz buna görə daxili gözəllik onun xarici təzahüründən daha vacibdir. Özünü və sənə verilən həyatı qiymətləndirmək, yaxşılıq etmək və yardım göstərmək mühümdür, bu isə yalnız sağlam həyat tərzi və təfəkkür vasitəsi ilə mümkündür. Və bu sağlamlıq konsepsiyası təbbin bütün sahələrində əks ediləcəkdir.     

İlona ANSONE: Mənim bütün həyat və peşə təcrübəm, bu isə təxminən 15 il gözəllik və SPA sənayesi, meditasiya və mənəvi təcrübələr, bədən terapiyası və psixo-emosional təsir metodikalarının köməkliyi ilə insanlarla işdir, onu deyir ki, keyfiyyətli həyat və uzunömürlülük problemini yalnız hər hansı biri vasitəsi ilə həll etmək olmaz. Köməyə həm tibb, həm nutrisiologiya, həm gen terapiyası, həm də insan mövcudluğunun daha yaxşı səviyyəsinə çıxmaqla enerjini doldurmağa yönəldilmiş mənəvi təcrübələr gəlir. Özünüzə və başqalarına bütöv şəkildə, kompleksdə yanaşmaq vacibdir.

Köməyə gələn, ehtiyacı olan hər bir konkret insan üçün tam olaraq lazım olan şeydir, uzunömürlülüyün mərkəzində əsas şey fərdi yanaşmadır.

Bir insanın vəziyyətindən asılı olaraq, enerjini doldurmağa, öz həyat keyfiyyətinin daha yaxşı səviyyəsinə çatmağa yönəlmiş tibb, qidalanma, kök hüceyrələr, gen terapiyası və mənəvi təcrübələr iştirak edir.

Uzunömürlülük yolunda vacib və ilk addım bədənin fiziki ehtiyatlarının dəqiq diaqnozudur.

Öz həyatınızı sizi xoşbəxt edəcək nədirsə, ona həsr etmək mühümdür. Bu uzunömürlülük istiqamətində birinci addımdır. İkinci addımı da söyləyə bilərəm – bu orqanizmin fiziki ehtiyatlarının dəqiq diaqnostikasıdır.  Çox güman ki, sizin süstlüyünüzün, qeyri-enerjiliyinizin və depressiyanızın əsasında məhz fiziki tükənmə dayanır. Konqresdə xüsusən məhz diaqnostika məsələlərinə böyük diqqət ayrılacaqdır. Mən çox şadam ki, bizdə “Nordic Club” şirkəti təmsil olunacaqdır, hansı ki, diaqnostika imkanlarının olduqca geniş spektrini təklif edir. Vurğulayım ki, insan orqanizminin vəziyyətinin yekun dəqiq analizinə münasibətdə dünya liderlərinin arxalandığı seçimlər bir o qədər də geniş deyil.   

Test nəticələrinizi düzgün deşifrə edəcək daha az mütəxəssis var. Qurultayda bu mövzuya da böyük diqqət yetiriləcək.  

Uzunömürlülük üçün əsas reseptim güzgü qarşısına keçib vicdanla özünüzdən soruşmaqdır:
və mən istədiyimi edirəm? Gözlərim parlayır? Özümü seçirəm?

Yaşamaq mənim üçün maraqlıdırmı və yeni gün məni xoşbəxt edirmi? Özümü seçirəm?

Sonda qeyd edək ki, aşağıda göstərilənlər konqres iştirakçıları ola bilərlər:  

- peşə ixtisaslaşmaları sağlamlığın və uzunömürlülüyün saxlanması məsələlərinə toxunan ekspertlər;  

- istehlakçılara həyat keyfiyyətini yaxşılaşdırmağa qadir olan effektiv həllər təklif edən şirkətlərin nümayəndələri;  

- fəal uzunömürlülük sorğularına laqeyd olmayanlar.

“Viva La Vida” Beynəlxalq uzunömürlülük konqresində özünüzün iştirakınızı təmin etmək üçün - əvvəlcədən qeydiyyatdan keçmək vacibdir. Sizi maraqlandıran formatdan asılı olaraq siz müvafiq iştirakçı zərfini əldə edə bilərsiniz. 

Bizim.Media






























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO