Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində 5 medal qazandı - FOTO

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində 5 medal qazandı - FOTO

Hazırda oxunan: Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində 5 medal qazandı - FOTO

125074

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə edib. 

Bizim.Media xəbər verir ki, turnirin ilk günündə qızların yarışında -40 kq., -44 kq., -48 kq. və 52 kq. çəki dərəcələrində 14 cüdoçumuz, oğlanların yarışında isə -50 kq., -55 kq., -60 kq. və -66 kq. çəki dərəcələrində 17 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. 

- 50 kq. çəkidə Əhməd Rüstəmov bürünc medal uğrunda görüşdə gürcüstanlı idmançı Luka Omanadzeyə qalib gələrək yarışı 3-cü yerdə başa vurub.

- 55 kq. çəkidə Həsən Həsənli və Fərid Qarayev turnirin bürünc medalını qazanıb. Eyni çəki dərəcəsində mübarizə aparan Mirxaliq İskəndərov finalda Qazaxıstan təmsilçisi Oralbek Bayzaka qalib gələrək qızıl medal əldə edib.

- 60 kq. çəkidə Ümüd Qurbanov bürünc medal uğrunda görüşdə serbiyalı cüdoçu Velko Simiki üstələyib.

Qızların mübarizəsində -48 kq. çəkidə Vüsalə Hacıyeva 5-ci, -40 kq. çəkidə Gülşən Hüseynova 7-ci yerlə kifayətlənib. Oğlanlar arasında -55 kq. çəkidə isə Ayxan Mirzəzadə 5-ci yerə çıxıb.










Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO