Muxtar Məmmədov: “İsrail Vətən müharibəsində bizimlə öz təcrübəsini bölüşüb” - VİDEO 

Muxtar Məmmədov: “İsrail Vətən müharibəsində bizimlə öz təcrübəsini bölüşüb” - VİDEO 

Hazırda oxunan: Muxtar Məmmədov: “İsrail Vətən müharibəsində bizimlə öz təcrübəsini bölüşüb” - VİDEO 

125033

“İsrail Vətən müharibəsi dövründə Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycana kömək edib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov ölkə telekanalına müsahibəsində bildirib.

"İsrail bizimlə müharibədə öz təcrübəsini paylaşdı, öyrətdi və lazımi avadanlıqlarla təmin etdi. Biz bu köməyə görə İsrail hökumətinə minnətdarıq", - deyə diplomat qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.

Prezidentin yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO