Tiflisdə parlament binası yaxınlığında orduya məcburi çağırışa qarşı etiraz aksiyası keçirilir.
Bizim.Media xəbər verir ki, “Qirçi” müxalifət partiyası tərəfindən təşkil oluinan aksiyada etirazçılar məcburi qarovulun (həbsxanalarda qarovul xidmətinin) ləğvini tələb ediblər”.
“Əgər həqiqətən orduda islahat aparmaq istəyiriksə, bu saxta qaydalardan əl çəkməli, heç kimi zorla orduya cəlb etməməliyik. Əsgərlərə normal məvacib verməli və onlara şərait yaratmalıyıq”, - deyə parlamentdəki “Qirçi” siyasi qrupunun rəhbəri İaqo Xviçia bildirib.
Dinc şəraitdə keçirilən aksiyada yüzlərlə insan iştirak edir, onların çoxu tələbələrdir. Parlamentin yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti açıqdır.
Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyi parlamentin Gürcüstanın yeni Müdafiə Məcəlləsini nəzərdən keçirdiyi barədə bəyanat yayıb.
Bizim.Media