Bakıda təşkil edilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan təmsilçisi Nikita Simonov çempion olub.
Bizim.Media xəbər verir ki, 27 yaşlı idmançı halqalarla ən yaxşı nəticəyə imza atıb.
Təsnifatda hamını qabaqlayan Simonov finalda da parlaq göstərici ilə diqqət çəkib. O, 14.633 xal toplayaraq Dünya Kubokunun qalibi olub.
İranlı Mahdi Ahmad Kohani 14.500 xalla ikinci, avstriyalı Vinzenz Hek isə 14.433 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, idman gimnastikası üzrə Dünya Kubokuna martın 12-də yekun vurulacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:24 / 11.03.2023
Azərbaycan gimnastı Dünya Kubokunun qalibi OLDU
Hazırda oxunan: Azərbaycan gimnastı Dünya Kubokunun qalibi OLDU
Hazırda oxunan: Azərbaycan gimnastı Dünya Kubokunun qalibi OLDU
124969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.