"Şip-şirin" Elçin: "Məmurla qohum oldum, o qədər qeybət eşitdim ki..."

Hazırda oxunan: "Şip-şirin" Elçin: "Məmurla qohum oldum, o qədər qeybət eşitdim ki..."

124951

"Ailə qurandan sonra çiyinlərimdə məsuliyyət oldu. Əslində çox çətin oldu. Diqqətli olmağa başladım, oğlum Can doğulandan sonra bu məsuliyyətim lap artdı. Deyirdilər, sən atasan. Ailəni sənətlə bərabər idarə etmək asan bir şey deyil. Pop ifaçısı üçün bu daha çətindir. Muğam oxuyanlara isə asandır"

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elçin Cəfərov qonaq olduğu "Düzünə qalsa" verilişində deyib. 

Ailəsindən söz açan sənətçi evlənəndən sonra haqqında çoxlu qeybətlər eşitdiyini bildirib.

"Məmur ailəsi ilə qohum oldum. Qulağım o qədər cingildədi, o qədər qeybət eşitdim ki... Onlara cavab vermirəm, məqamını gözləyirəm. Mənə yapışmırsa, dəyib yerə düşürsə, nədir problem? Qoy, dözüm".
Qeyd edək ki, Elçin Cəfərovun həyat yoldaşı Aydan Tənzilə Rüstəmxanlı və xalq şairi Sabir Rüstəmxanlının qızıdır. Cütlüyün Can adlı oğlu var.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO