Tramvay sürücüsü: Juquli qabağıma çıxdı, mən də onu arxadan...

Tramvay sürücüsü: Juquli qabağıma çıxdı, mən də onu arxadan...

Hazırda oxunan: Tramvay sürücüsü: Juquli qabağıma çıxdı, mən də onu arxadan...

124949

Sumqayıtda ilk tramvay xəttinin istifadəyə verilməsindən bu gün 64 il keçir. Gənclik və sənaye şəhərinə yeni nəfəs gətirən tramvay zamanında sumqayıtlıların ən çox istifadə etdikləri nəqliyyat vasitlərindən biri idi. Vaxtilə indiki Nizami küçəsinin başlanğıcından start götürən tramvay şəhərin kottec deyilən ərazisinə,  Üzvi-Sintez zavoduna qədər hərəkət edirdi. Əsasən şəhərin aztəminatlı sakinləri bu nəqliyyat vasitəsindən həvəslə istifadə edirdilər. Qiymətsə cəmi 3 qəpik idi. Lakin, müstəqillik illərində bu nəqliyyat vasitəsi baxımsız qaldı. Şəhər sakinləri ən sonuncu dəfə tramvaydan 2003-cü ilin iyulunda istifadə etdilər. 

Ekoloji cəhətdən ən sərfəli nəqliyyat vasitəsi olan tarmvayın bu gün də yeri görünür. Orta və yaşlı nəsil o günləri xoş təbəssümlə xatırlayırlar.

Bizim.Media nostalji duyğularla uzun müddət Sumqayıtda tramvay sürücüsü olan Nizami Babaşovla həmsöhbət olub.

-Nizami kişi, neçə il tramvay sürmüsünüz?

- 25 ilə yaxın. Ən son tramvay sürücüsü işləyənlərdən biri mən olmuşam.

- Sizcə tramvay necə nəqliyyat vasitəsi idi?

- Əvəzi yoxdur. Özü də indiki vaxtda. İndi hər yerdə tıxac var. Amma tramvay xəttində hec zaman tıxac olmur. Saatda  50-60 sürətlə çox qısa zamanda mənzil başına çatır.

- Başqa özəlliyi hansılar idi?

- Özəlliyi çox idi. Birincisi, ən ucuz nəqliyyat vasitəsi idi. İkincisi, operativ idi. Nə isə fövqəladə hadisə baş verməsə heç yerdə ləngimir. Qrafikə uyğun hərəkət edir. Bir də ki, havaya heç bir ziyanı yoxdur. İndi dizellə işləyən avtobusların tüstüsündən nəfəs almaq olmur.

- Tramvayla keçən günlərdə maraqlı xatirələriniz də yəqin ki, az olmayıb?

-(Gülür) Hə, çox olub. Hansını deyim. Bir dəfə indiki Nizami heykəlinin yerində tramvay dövrə vurub gedirdi. Bu ərazi də dükan-bazara yaxın olduğu üçün hərəkət çox olurdu. Bir dəfə bu ərazidən dövrə vurub geri dönüb yola düzəlmək istəyirdim ki, bir 09 jiquli yoluma çıxdı. Nə qədər çalışsam da tramvayı saxlaya bilmədim. Tramvayla jiqulin arxadan vurdum. Düşdüm aşağı. Dedim ki, a bala neynirsən? Qayıtdı ki, neyləyəcəm, dayandığım yerdə gəlib məni vurdun...

Surxay Atakişiyev,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO