"Çoxu fikirləşir ki, Çingiz dəlidir" - VİDEO

Hazırda oxunan: "Çoxu fikirləşir ki, Çingiz dəlidir" - VİDEO

124923

Bir neçə gün əvvəl "Azan" oxuması ilə gündəmə gələn müğənni Çingiz Mustafayev tənqidlərə cavab verib.

Bizim.Media xəbər verir ki, hazırda Bali adalarında olan sənətçi məsələ ilə bağlı sosial şəbəkə hesabında videoaçıqlama yayıb.

“Allaha olan sevgi sevgilərin ən gözəlidir. Ondan başqa kim üçün oxuyasan. Ondan böyük gözəllik yoxdur. Ötən dəfə bunu çəkib, paylaşmağa qərar verdim. Şərhləri oxudum ki, çox insana toxunub. Bir dostum zəng etdi ki, narazılığa səbəb olub, videonu silmək lazımdır. İstədim soruşum sizdən videonu niyə silim? Mahnıda iki cümlə istifadə etmişəm ki, Allahdan başqa Allah yoxdur. Azan oxumamışam, belə yazmamışam ki, azandır.

Heç azan oxumaq fikrim də olmayıb. Sadəcə iki cümlə üzərində sufi, dərviş musiqisi oxumuşam. Kimisi sevgisini qorxu, şiddətlə bildirir, mən isə belə. Mənim aləmimdə Allah eşq, sevgi, işıq, nurdur. Şərhləri oxudum. Bəzilərini sildim. Çünki düşüncə başqalarını da zəhərləyə bilir. Mən də həmkarlarım, ya da başqa insanlar kimi, söyüşlə video çəkib, neqativ fikirlər səsləndirsəm, sizi də zəhərləmiş olaram.

Yazmışdılar ki, sən cəhənnəmdə yanacaqsan, Allahdan qorx, sənə kim ixtiyar verib ki, Allahdan oxuyasan? O dostlarımdan xahişim budur ki, yaradanımla aramdakı ünsiyyətə qarışmayasız. O məsləhət bilsə, məni yandırar, cəzalandırar. Sizin isə buna ixtiyarınız yoxdur. Bəlkə bu fikrimə görə mühakimə edəcəksiniz.
Mən insanları, buddisti, müsəlmanı xristianı ayırmıram. Dinindən asılı olmayaraq səhvi hər kəs edə bilər. Məqsədim qəlbinizə dəymək deyil. Mənim Allah haqqında oxumağım sizi qıcıqlandırırsa, xoş gəlmirsə, məni bloklayın, ya da deyin ki, dəlidir, başı qaçıb. Çoxu fikirləşir ki, Çingizin başı qaçıb. Bu eşq yolunda özünü itirməsən, özünü tapa bilməzsən. Dəli olmasan, bu eşqi yaşaya bilməzsən”, - deyə Çingiz fikirlərini ifadə edib.

Qeyd edək ki, Çingiz Mustafayev ölkəmizi 2019-cu ildə "Avroviziya" beynəlxalq mahnı yarışmasında "Truth" (Həqiqət) adlı mahnısı ilə təmsil edib və 7 yerə sahiblənib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO