Türkiyədə hakim partiya keçmiş müttəfiqini yenidən Xalq Alyansına dəvət etdi - VİDEO

Türkiyədə hakim partiya keçmiş müttəfiqini yenidən Xalq Alyansına dəvət etdi - VİDEO

Hazırda oxunan: Türkiyədə hakim partiya keçmiş müttəfiqini yenidən Xalq Alyansına dəvət etdi - VİDEO

124920

Bizim.Media Türkiyə mətbuatına istinadən bildirir ki, AK Partiya sədrinin müavini Binəli Yıldırım və seçki işləri üzrə sədr müavin Əli İhsan Yavuz yenidən Rifah Partiyasının sədri Fatih Ərbakanı partiya qərargahında ziyarət edib. Bağlı qapılar arxasında keçirilən görüşdən sonra açıqlama verən Binali Yıldırım, mayın 14-də ümumi prezident və 28-ci parlament seçkilərinin keçiriləcəyini xatırladıb.

B.Yıldırım görüşlə bağlı bunları deyib: 

“Çox məhsuldar və faydalı bir görüş keçirdik. “Arzu edirik ki, bu seçkilərdə birlikdə addımlaya bilək. Hörmətli Fatih Ərbakan və dostları bu mövzuda öz qiymətləndirmələrini edəcək, daha sonra qərarlarını ictimaiyyətlə bölüşəcəklər. Bizə göstərdikləri isti diqqət və qonaqpərvərliyə görə sədrə və onun dostlarına bir daha təşəkkür etmək istəyirəm”.

Görüş zamanı seçkilərlə bağlı fikir mübadiləsi apardıqlarını qeyd edən Ərbakan bildirib ki, Prezidentin salamlarını bizə çatdırdılar və qarşıdan gələn seçkilərdə, 14 may seçkilərində Rifah Partiyasımızı yenidən Xalq Birliyində görmək istədiklərini bildirdilər. 
“Biz bu təklifi, bu dəvəti qiymətləndirəcək və məsləhətləşəcəyik. Biz onlara ən qısa zamanda cavab verəcəyik. İnşallah, ölkəmiz, millətimiz üçün yaxşı addımlar ata biləcəyik və bu, yaxşı nəticələrə gətirib çıxaracaq. Mən onlara xoş səfərlərinə, bu təklif və dəvətlərə görə bir daha təşəkkür etmək istəyirəm”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO