Naxçıvanda ağır QƏZA: 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə QALDI

Naxçıvanda ağır QƏZA: 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə QALDI

Hazırda oxunan: Naxçıvanda ağır QƏZA: 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə QALDI

124917

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi, xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, FHN-in Dövlət Yanğın Təhlükəsizlik İdarəsinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

"Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili yol kənarına aşıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş müxtəlif xəsarətlərlə zədələnmiş minik avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib", - deyə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO