İlon Mask Amerikada fərdi şəhərini SALIR – Bu şəxslər orada yaşayacaqlar 

İlon Mask Amerikada fərdi şəhərini SALIR – Bu şəxslər orada yaşayacaqlar 

Hazırda oxunan: İlon Mask Amerikada fərdi şəhərini SALIR – Bu şəxslər orada yaşayacaqlar 

124895

Məşhur amerikalı milyarder İlon Mask bir neçə müddət öncə ABŞ-nin Texas ştatının paytaxtından kənarda əldə etdiyi otlaqlar və kənd təsərrüfatı torpaqlarında öz şəhərini inşa etdirməyə başlayıb.

Bizim.Media “The Wall Street Journal”a istinadən xəbər verir ki, bu barədə layihə ilə yaxından əlaqəsi olan mənbələr məlumat verib.

Məlumatda qeyd edilib ki, Mask həqiqətən də Texas ştatında fərdi şəhər layihəsi üzərində çalışır və onu “Snailbrook” adlandırmağı planlaşdırır.
Yeni şəhərin Ostin şəhərindən kənarda, Maskın sahibi olduğu “The Boring Company” və “SpaceX” şirkətlərinə yaxın ərazidə inşası planlaşdırılır.

Məlumata əsasən gələcəkdə Maskın şirkətlərinin əməkdaşları həmin şəhərdə yaşaya və çalışa biləcəklər.

Belə ki, “Twitter”in sahibi sözügedən şəhərdə şirkət əməkdaşları üçün yaşayış evlərinin inşasını reallaşdıracaq. Həmin evlərdə yaşamaq istəyən şirkət əməkdaşları isə aylıq 800 dollar dəyərində kirayə pulu ödəməli olacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO