Zərdabda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans KEÇİRİLDİ - FOTO 

Zərdabda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Zərdabda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans KEÇİRİLDİ - FOTO 

124887

Zərdabda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans və ağacəkmə aksiyası keçirilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, konfransda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, Milli Onkologiya Mərkəzinin şöbə rəhbəri professor İsa İsayev eləcə də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlərin xatirə parkında yaradılmış kompleksi ziyarət edib, önünə gül dəstələri qoyublar.

Konfransda Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yorulmaz fəaliyyət göstərərək qəlblərdə daimi sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb.

Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.

Bundan başqa Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev prospektində, Heydər Əliyev parkında Ümummilli liderin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
150 ədəd şam ağacı və 200 ədəd müxtəlif növ dekorativ gül kolları əkilib, prospektdə yeni qazon örtüyü salınıb.

Qeyd edilib ki, aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, rayon ərazisində yaşıllıqların genişləndirməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırmasına kömək etməklə təbiətə töhfə verməkdir.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO