Nobel sülh mükafatı laureatı: “Qlobal Bakı Forumu çox lazımlı bir vaxtda təşkil edilib”

Nobel sülh mükafatı laureatı: “Qlobal Bakı Forumu çox lazımlı bir vaxtda təşkil edilib”

Hazırda oxunan: Nobel sülh mükafatı laureatı: “Qlobal Bakı Forumu çox lazımlı bir vaxtda təşkil edilib”

124872

“Qlobal Bakı Forumu hazırkı zamanda çox böyük önəm daşıyır”.

Bizim.Media xəbər verir ki, bu fikri Nobel sülh mükafatı laureatı Kailaş Satyarti Prezident İlham Əliyev ilə görüş zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: "Azərbaycan müxtəlif sivilizasiyaların bir araya gəlməsində mühüm rol oynayır"


Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx əməkdaşlıq etməkdən məmnunluğunu bildirən qonaq X Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıb və bu cür tarixi bir tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq edib.

“Hazırda dünyada mədəniyyətlər arasında parçalanmanın baş verdiyi və bu sahədə ciddi təhdidlərin mövcud olduğu bir dövrdə Sizin (Prezident İlham Əliyev-red.) rəhbərliyinizlə bu önəmli Forum çox lazımlı bir vaxtda təşkil edilib”, - Kailaş Satyarti vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO