Çin Hökumətinin nümayəndəsi: Qlobal Bakı Forumu mühüm beynəlxalq platformadır

Çin Hökumətinin nümayəndəsi: Qlobal Bakı Forumu mühüm beynəlxalq platformadır

Hazırda oxunan: Çin Hökumətinin nümayəndəsi: Qlobal Bakı Forumu mühüm beynəlxalq platformadır

124861

Qlobal Bakı Forumunda ilk dəfədir iştirak edirəm. Bu Forum mühüm beynəlxalq platformadır. Biz burada qlobal problemləri müzakirə edirik və öz fikirlərimizi sərbəst deyə bilirik. Azərbaycan rəhbərliyinə, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzə bu imkanı bizə yaratdığı üçün təşəkkürümü bildirirəm.

Bizim.Media xəbər verir ki, bu fikirləri Çin Hökumətinin Avropa Məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo X Qlobal Bakı Forumu çərçivəsində martın 10-da “Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu" mövzusunda keçirilən panel müzakirələrdə səsələndirib.

Son üç ildə Çində və bütün dünyada böyük dəyişikiliklərin baş verdiyini qeyd edən Vu Honqbo deyib:

“Pandemiya, iqlim dəyişikliyi, münaqişələr dünyamıza baha başa gəlib. Dünyamızda qeyri-müəyyənlik və qeyri-stabillik müşahidə olunur. Təhlükəsizlik təmin edilmədən heç bir inkişafdan söhbət gedə bilməz. Çinin təşəbbüslərindən biri də qlobal inkişafdır.
Bu təşəbbüs bir neçə əsas sütun üzərində qurulub. Bunlardan inkişaf, innovasiya, harmoniyanı qeyd edə bilərəm. İlk növbədə, nəticədir. Çinin inkişafla bağlı təşəbbüsü 100 ölkə və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib.

Məhz bu təşəbbüs nəticəsində biz 1970-ci illərdən bu yana 8 milyon insanı yoxsulluqdan çıxara bilmişik. Bu məsələdə BMT-nin proqramının da böyük rolu olub. Qarşıda on illiklər üçün inkişaf proqramımız vardır”, - deyə Vu Honqbo vurğulayıb.

Təhlükəsizlik və inkişafın bir-biri ilə sıx bağlılığını, ölkəsinin dayanıqlı inkişafın tərəfdarı olduğunu qeyd edən Çin Hökumətinin Avropa Məsələləri üzrə xüsusi nümayəndəsi bəzilərinin Ukrayna və Tayvanı səhvən eyniləşdirdiklərini deyib:

“Çin sülhün tərəfdarıdır və başqa ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır. Tayvan Çinin bir hissəsidir. Ona görə də Ukrayna ilə müqayisə edilə bilməz. Bu ikili standart deməkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO