COVİD-dən sonra Kürdəmirdə şəkərli diabet xəstələrinin sayı artıb - HƏYACAN TƏBİLİ 

COVİD-dən sonra Kürdəmirdə şəkərli diabet xəstələrinin sayı artıb - HƏYACAN TƏBİLİ 

Hazırda oxunan: COVİD-dən sonra Kürdəmirdə şəkərli diabet xəstələrinin sayı artıb - HƏYACAN TƏBİLİ 

124853

COVİD-19 pandemiyasından sonra ölkəmizdə xəstəliyə yoluxan insanların sayında artım müşahidə olunur. Digər xəstəliklərlə yanaşı şəkərli diabet xəstələrinin də sayında artım mövcuddur. Xəstəliyin Aran bölgəsində daha çox artığı bildirilir. 

Bizim.Media-nın Aran bürosu bunun səbəbini araşdırmağa çalışıb. Qeyd edək ki, şəkərli diabet, əsasən, irsən keçən xəstəlikdir.

Əgər valideynlərdən biri daşıyıcı olarsa, xəstəliyin övlada keçmə riski 50 faiz, valideynlərin hər ikisi daşıyıcı olarsa övlada keçmə riski 100 faizə bərabər olur.

Kürdəmir rayon Mərkəzi Xəstəxanasının həkimi, endokrinoloq Çingiz Əliyev Bizim.Media-ya bildirib ki, şəkərli diabet xəstəliyi mədəaltı vəzin xəstəliyi olmaqla, mədəaltı vəzidə olan betta hüceyrələrin çatışmamazlığı, karbohidrat mübadiləsinin pozulması nəticəsində əmələ gəlir. 

“Bu xəstəliyin artma səbəbləri əsasən irsiyyətlə əlaqələndirilir. Bu xəstəliyin əmələ gəlmə səbəbləri sırasında birinci yerdə piylənmə dayanır. Daha sonra infeksion xəstəliklər, sonra mədəaltı vəzidə olan panktatik və yaxud öd daşı olan xəstələrdə şəkərli diabet müşahidə olunur. Buların içində infeksion xəstəlik də əsas səbəb kimi götürülməlidir. Başa çatmaqda olan COVİD-19 epidemiyası bu xəstəliyin artmasına səbəb olub. Beləki son 3 ildə ölkəmizdə geniş yayılan COVİD xəstəliyi şəkərli diabet xəstəliyinin geniş yayılmasına da təkan verib. Ümumilikdə bu günə kimi 4111 nəfər qeydiyyata alınıb. 2023-cü ilin son İki ayında bu rəqəm 35 olub. 

Halbuki, 2019-cu il ərzində 200 nəfər şəkərli diabet xəstəsi qeydə alınıb. Xəstəliyə yoluxma yaş həddi 45 -70 yaş aralarında daha çox olur. Xəstəliyin qarşısını almaq üçün birinci karbohidratlardan, yağlardan uzaq durmaq lazımdır. Sonra insanlar daima fiziki hərəkətdə olamalıdırlar. İnsanlar aktiv həyat tərzi keçirməli və ildə 2 dəfə müayə olunmalıdılar”. 

Çingiz Əliyevin sözlərinə görə uşaqlar arasında da şəkərli diabet xəstəliyi yayılmaqdadır. Hazırda biz də 2-15 yaş aralığında 14 uşaq qeydiyyatdadır. 


Həkim terapevt Rasim Əzizov da Bizim.Media-ya bildirib ki, əhali arasında son zamanlar şəkərli diabet xəstələrinin artması daha çox müşahidə olunur: 

“Deyərdim ki, bu birinci növbədə maariflənmənin olmamasından irəli gəlir. Əsas başlıca səbəb düzgün qidalanmanın olmamasıdır. Həyat tərzinin düzgün olmaması, stres faktorları xəstəliyin əmələ gəlməsinə səbəb olur. İnsanlar bilməlidirlər ki, oturaq həyat tərzi, stres faktorlarının yüksək olması, karbohidratla zəngin olan qidalarla qidalanmaq, artıq kökəlmə xəstəliyə şərait yaradan amillərdir.

Xəstəliyin ilkin əlamətləri ağızda quruluq, əzələlərdə daimi davam edən ağrılar, sidik ifrazının tezləşməsi, gecələr sidik ifrazının çoxalması, halsızlıq və digər əlamətlərlə özünü büruzə verir.

Bu xəstələr davamlı olaraq halsızlıqdan yorğunluqdan şikayətlənirlər. İnsanlar bilməlidilər ki, gün ərzində 40 – 45 dəqiqə yürüş etməlidilər, qidalanmaya fikir verilməlidir. İnsanlara tövsiyə edərdim ki, özlərində xəstəliyin əlamətlərini hiss etdikdə, dərhal həkimə müraciət etsinlər”. 



Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO