X Qlobal Bakı Forumunda Prezidentdən MESAJ: “Bu, Ermənistanın müstəqil olmadığına işarə idi”

X Qlobal Bakı Forumunda Prezidentdən MESAJ: “Bu, Ermənistanın müstəqil olmadığına işarə idi”

Hazırda oxunan: X Qlobal Bakı Forumunda Prezidentdən MESAJ: “Bu, Ermənistanın müstəqil olmadığına işarə idi”

124840

“Paytaxtda “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu baş tutdu. Əvvəla onu qeyd edək ki, ölkəmiz artıq beynəlxalq forum və tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Bu sahədə Azərbaycanın kifayət qədər faydalı təcrübəsi var”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan potensial donor ölkəsinə çevrilib" - Dövlət başçısı 


X Qlobal Bakı Forumu ilə bağlı danışan deputat qeyd edib ki, bu tədbir öz səviyyəsinə görə digər yüksək səviyyəli forumlara eyni pillədə qərarlaşıb.

Millət vəkili Prezidentin Forumun açılış günündə verdiyi bəyanatlara da diqqət çəkib:

“Dövlət başçısı Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın qlobal anlamda bir çox önəmli töhfələrinin olduğunu bildirdi. Və Azərbaycanın Hərəkata sədrliyi dövründə bu təşkilatın daha da artdığını söyləyərək qeyd etdi ki, sədrlik dönəmi bu ilin sonunda başa çatsa da, ölkəmiz həmişə təşkilatla əməkdaşlıq edəcək. Digər məsələ isə dünyadakı yeni çağırışlara ölkəmizin baxışı, ölkə başçısının bu proseslərə mövqeyi ilə bağlı idi. Forum da adına uyğun olaraq bu mövzuları əhatə edirdi. Prezident bu mövzuda çağırışları iştirakçıların diqqətinə çatdırdı”.

Vüqar İskəndərov İlham Əliyevin Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərə də toxunub:

“Ölkə başçısı hər zaman olduğu kimi Azərbaycan-Ermənistan münasibətlərindən, Vətən müharibəsindəki qələbəmizdən, post-müharibə dönəmində işğaldan azad olunmuş ərazilərdəki quruculuq işlərindən və hal-hazırdakı sülh prosesindən də danışdı. Prezident Ermənistanın prosesə kölgə saldığını, sülhdən danışsa da, buna mane olduğunu qeyd etdi. 

İlham Əliyev, eyni zamanda Ermənistanın müstəqil dövlət olmadığına da işarə etdi. Təbii ki, bunu bütün dünya bilir və Azərbaycan Prezidenti bunu yenidən dünyaya çatdırmış oldu. Çünki müstəqil dövlətin, sərhədi, gömrüyü olmalıdır. Ermənistan sərhədlərini isə bu gün başqa ölkə qoruyur. Hansısa bir problem yarandıqda Ermənistan Qərbdən, Rusiyadan və digər ölkələrdən yardım umur.

Ermənistanın büdcəsi diaspordan gələn maliyyə hesabına formalaşır. Bütün bunlar Cənab Prezidentin səsləndirdiyi fikirlərin nə qədər doğru olduğunu göstərir.

Ümumilikdə qeyd edə bilərik ki, Prezidentimizin bu forumdakı çıxışı həm onun siyasi çəkisinin, həm də yüksək nüfuzunun bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda ölkəmizin inkişafını, beynəlxalq nüfuzunu və beynəlxalq miqyasda Azərbaycanın inkişaf etmiş ölkələr sırasında dayandığını bir daha nümayiş etdirdi”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO