“Heç kim başa düşmür ki, niyə birdən-birə bu qanun (“xarici agentlər” haqqında qanun layihəsini nəzərdə tutur) layihəsi indiki mərhələdə meydana atıldı”.
Gürcüstan Prezidenti Salome Zurabişvili Bloomberg-ə müsahibəsində belə deyib. S. Zurabişvilinin sözlərinə görə, indi Gürcüstan üçün çox əlamətdar məqamdı:
MÖVZU İLƏ BAĞLI:
Gürcüstanda hökumətin istefası tələb edilir
“Ukrayna və Moldovaya verilən namizəd statusu ilə bağlı Avropa İttifaqının qərarını gözlədiyimiz çox mühüm məqamdayıq. İlin sonuna kimi Gürcüstanla bağlı da oxşar qərarın veriləcəyini gözləyirik. Bu namizəd statusunu qazanmaq üçün nə etməli olduğumuza dair bizə bəzi tövsiyələr verdilər. Bu qanun Avropa İttifaqının bizə tövsiyə etdiyi hər şeyə ziddir”.
Gürcüstan prezidenti daha sonra bildirib ki, qanun layihəsi irəli sürülən kimi mən ona veto qoyacağımı və Tbilisidə keçirilən nümayişləri dəstəkləyəcəyimi açıq elan etmişdim:
“Sonda hökumət təslim oldu və qanun layihəsini geri götürmək niyyətində olduğunu açıqladı. Amma mən başa düşə bilmirəm ki, birdən-birə bu qanunu müzakirəyə çıxarmaq ehtiyacı haradan doğdu? Bu, mübarizədir, Avropa İttifaqına daxil olmaq, namizəd statusu almaq üçün getdiyimiz yolun sonu deyil, ona görə də bu, Gürcüstan üçün çox vacib vaxtdır”.
Əhməd Fikrətoğlu, Bizim.Media